SON XƏBƏRLƏR

İran XİN: İsrail və Amerika yenə təcavüz etsə, qəti cavab verəcəyik

2025.07.29, 10:14
İran XİN: İsrail və Amerika yenə təcavüz etsə, qəti cavab verəcəyik

İran Amerika-İsrail yeni təcavüzünə gizlədilməsi mümkün olmayacaq şəkildə qəti cavab verəcək.

Gunaz.tv

Bu barədə İslam Respublikasının XİN rəhbəri Abbas Əraqçi “X” sosial şəbəkəsindəki hesabında yazıb.

"İran Amerika və İsrailin son təcavüzü zamanı həm bizə, həm də rəqiblərimizə qarşı nə baş verdiyini, o cümlədən zərbələrin miqyasını hələ də gizlədildiyini dəqiq bilir. Təcavüz təkrarlansa, biz daha qətiyyətli və gizlətmək mümkün olmayan şəkildə cavab verməkdən çəkinməyəcəyik", - o bildirib.

İranın XİN rəhbərinin sözlərinə görə, 12 günlük müharibə zamanı Amerika və İsrail həqiqətən İranın nüvə infrastrukturuna zərər vurmağa nail olub, lakin Tehranın uranın zənginləşdirilməsini davam etdirmək əzmini azaltmayıb. "Böyük insan zəhməti ilə yaradılmış texnologiya və “nou-hau” bombardman etməklə məhv edilə bilməz", - Əraqçi əlavə edib.

Bundan əvvəl Amerika prezidenti Donald Tramp bildirib ki, İranın nüvə obyektlərini bərpa etməyə cəhd edərsə, Amerika yeni zərbə endirməyə hazırdır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar