SON XƏBƏRLƏR

Zahidanda "Bəsic" komandiri öldürülüb

2025.07.29, 12:19
Zahidanda "Bəsic" komandiri öldürülüb

İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində SEPAH-a bağlı yarım hərbi "Bəsic" (Könüllülər ordusu) bölgə komandiri öldürülüb.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Məlumata görə, Cavad Kərim Koşte adlı SEPAH üzvü şəhərin "İmam Hadi" məscidində vəzifəsini icra etdiyi zaman güllələnərək qətlə yetirilib.

Onun öldürülməsi səbəbləri və hadisənin təfərrüatı barədə açıqlama verilməyib.

Hələlik heç bir təşkilat silahlı hücumun məsuliyyətini öz üzərinə götürməsə də, bunun bəlucların silahlı qruplaşması olan "Ceyş əl-Ədl"in işi olduğu haqda qeyri-rəsmi məlumatlar yayılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar