SON XƏBƏRLƏR

Azərbaycan və Efiopiya kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini müzakirə edib

2025.07.30, 13:19
Azərbaycan və Efiopiya kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan və Efiopiya kənd təsərrüfatının modernləşdirilməsi imkanlarını, qarşılıqlı ticarətin genişləndirilməsini müzakirə ediblər.

Gunaz.tv

 Günaz TV Report-a istinadən xəbər verir ki, bu barədə Efiopiyanın kənd təsərrüfatı naziri Girma Amente "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, bununla bağlı müzakirələr azərbaycanlı həmkarı Məcnun Məmmədov ilə keçirilən görüşdə baş tutub.

Görüş Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən BMT-nin Ərzaq Sistemləri üzrə 2-ci Sammiti (UNFSS+4) çərçivəsində baş tutub.

Tərəflər, həmçinin kadr potensialının artırılması və mütəxəssislərin peşə hazırlığı proqramlarının həyata keçirilməsini müzakirə ediblər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar