SON XƏBƏRLƏR

Amerika İrana qarşı ən böyük sanksiyaları tətbiq edib

2025.07.31, 09:34
Amerika İrana qarşı ən böyük sanksiyaları tətbiq edib

Amerika İrana qarşı 7 il ərzində ən genişmiqyaslı sanksiyaları, o cümlədən Tehran tərəfindən nəzarət olunan beynəlxalq gəmiçilik şəbəkəsinə, həmçinin onlarla şirkət və gəmilərə qarşı sanksiyalar tətbiq edib.

Gunaz.tv

Bu barədə "Bloomberg" agentliyi xəbər verib.

"Amerika Maliyyə Nazirliyi son 7 il ərzində İrana qarşı ən geniş miqyaslı sanksiyaları tətbiq edib. Ali rəhbər Ayətullah Əli Xameneinin baş müşavirinin oğlu Hüseyn Şamxani və onun biznes imperiyasındakı onlarla şəxs, şirkət və gəmilər sanksiyalara məruz qalıb", - nəşrdə qeyd olunur.

Qeyd olunur ki, bu tədbirlər Avropa İttifaqının Şamxani və onun bir neçə şirkətinə qarşı sanksiyalar tətbiq etməsindən, həmçinin Amerika prezidenti Donald Trampın Tehrana qarşı məhdudiyyətlərin sərtləşdirilməsi ilə bağlı "qeyri-müəyyən siqnallar" göndərməsindən bir həftə sonra qəbul edilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar