SON XƏBƏRLƏR

İran XİN: Amerika nüvə obyektlərimizə vurduğu ziyanı ödəməlidir

2025.07.31, 10:28
İran XİN: Amerika  nüvə obyektlərimizə vurduğu ziyanı ödəməlidir

Amerika danışıqların bərpasından əvvəl İranın nüvə obyektlərinə zərbələrin endirilməsi nəticəsində dəymiş ziyanı ödəməlidir.

Gunaz.tv

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi “The Financial Times”a müsahibəsində bildirib.

"İran Birləşmiş Ştatlarla danışıqlara yalnız Amerikanın müharibə nəticəsində dəymiş ziyanı ödəyəcəyi, belə hücumların təkrarlanmayacağına zəmanət verəcəyi və uran zənginləşdirmə hüququnu tanıyacağı təqdirdə başlayacaq. Yeganə çıxış yolu danışıqlardır və İran sülhə sadiqdir, lakin təzyiq və təhdidlər qarşısında geri çəkilməyəcək", - o qeyd edib.

XİN başçısının sözlərinə görə, 12 günlük münaqişə zamanı və ondan sonra o, Amerika Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkofla danışıb. Danışıqlar zamanı İranın nüvə proqramı ilə bağlı uzun illər davam edən qarşıdurmaya son qoymaq üçün qarşılıqlı faydalı həll yolunun tapılması məsələsi müzakirə edilib.

"Danışıqlara başlayacağımız halda qarşı tərəfin həqiqətən də qarşılıqlı faydalı razılaşmaya nail olmaq niyyətində olduğuna öz rəhbərliyimi inandırmalıyam", - o əlavə edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar