SON XƏBƏRLƏR

Tramp: Çin üçün gömrük rüsumlarını azalda bilərik

2025.10.29, 12:05
Tramp: Çin üçün gömrük rüsumlarını azalda bilərik

Çin fentanillə mübarizədə Amerikaya dəstək versə, bu ölkədən idxal olunan mallara tətbiq olunan gömrük rüsumları azaldıla bilər.

Gunaz.tv

Amerika Prezidenti Donald Tramp bu açıqlamanı keçirdiyi brifinqdə jurnalistlərə bildirib.

Xatırladaq ki, fentanil Amerikada ciddi qurbanlara səbəb olan təhlükəli opiat növüdür. Məhz Prezident Trampın narkotiklərlə mübarizə strategiyası çərçivəsində Kanada, Meksika və Çin mallarına əlavə gömrük rüsumları tətbiq edilmişdi.

Tramp administrasiyası daha əvvəl açıqlamışdı ki, Çin rəsmiləri fentanilin Amerikayaa çatmasının qarşısını almaq üçün kifayət qədər tədbir görməyib, bu da cinayətkar kartellərin təhlükəli narkotikləri istehsal edib yaymasına şərait yaradır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar