SON XƏBƏRLƏR

Evin həbsxanasında azərbaycanlı məhbuslar aclıq eyləmi keçirir

2025.10.29, 13:03
Evin həbsxanasında azərbaycanlı məhbuslar aclıq eyləmi keçirir

Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbuslar aclıq eyləminə başlayıb.

Gunaz.tv

Bu haqda məhbusların yaydığı bəyanatda bildirilib.

Vədud Əsədi, Mahmud Ocaqlu, Mürtəza Pərvin, Ayaz Seyfxah, Salar Tahir Əfşar adlı məhbuslar oktyabrın 28-dən eyləmə başlayıblar.

Onlar barələrində çıxarılan həbs cəzalarına, məhkəmə prosesinin ədalətsizliyinə və Təhlükəsizlik Nazirliyinin onlara qarşı qarayaxmalarına etiraz etdiklərini bildiriblər.

"Barəmizdə saxta ittihamlarla ümumilikdə 100 il həbs cəzası çıxarılıb, bu bizə qarşı düşmən münasibətdir və əslində məhkəmə proseslərində ədalətsiz davranan məsuliyyətsiz hakimlər cəzalandırılmalıdır",- fəalların bəyanatında qeyd olunub.

Qeyd edək ki, adı çəkilən fəallar 2024-cü il fevralın 5 və 6-da Kərəc, Şərqi və Qərbi Azərbaycan əyalətlərinin şəhərlərində həbs edilərək Tehranın Evin həbsxanasına aparılıblar.

Onlar "hökumətə qarşı təbliğat", "casusluq" və "milli təhlükəsizliyə zərbə vurmqa üçün toplaşmaq və əlbir olmaq"da günahlandırılıblar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar