SON XƏBƏRLƏR

İranın 54 həbsxanasında aclıq aksiyası keçirildi

2025.10.29, 15:49
İranın 54 həbsxanasında aclıq aksiyası keçirildi

Dünən oktyabrın 28-i səhər saatlarından başlayaraq İranın 54 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına əl atıblar.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, onlar beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar.

Aclıq aksiyası 92-ci dəfədir ki, hər həftənin ikinci günündən başlayaraq 24 saat müddətinə keçirilir.

Qeyd edək ki, cari ilin əvvəlindən bu günə kimi İran həbsxanalarında 1233 məhbus edam edilib, onlardan 36-ı qadındır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar