SON XƏBƏRLƏR

Pakistan Əfqanistanla danışıqları bərpa edir

2025.10.30, 14:14
Pakistan Əfqanistanla danışıqları bərpa edir

Pakistan Türkiyənin xahişi ilə Əfqanistanla danışıqları bərpa etməyə qərar verib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Pakistanın "Geo News" nəşri mənbələrə istinadən bildirib.

"Pakistan sülhə nail olmaq üçün bir şans daha vermək məqsədilə dialoqa yenidən başlamağı qərara alıb. Əvvəlki danışıqların pozulmasından sonra ölkəsinə geri qayıtmağa hazırlaşan Pakistan nümayəndə heyəti müzakirələri davam etdirmək üçün İstanbulda qalma müddətini uzadacaq", - bəyanatda deyilir.

Mənbələrin məlumatına görə, danışıqlar İslamabadın Kabula irəli sürdüyü əsas tələb - Əfqanıstan ərazisində fəaliyyət göstərən terror qruplaşmalarına qarşı aydın və səmərəli tədbirlərin görülməsi ilə bağlı olacaq.

Daha əvvəl Pakistanın informasiya və radio yayımı naziri Attaulla Tarar İstanbulda Əfqanıstan tərəfi ilə dördgünlük danışıqların nəticəsiz başa çatdığını bildirmişdi.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar