SON XƏBƏRLƏR

Tramp: Çin və Amerika neft-qaz alışı üzrə böyük sövdələşməyə gedə bilər

2025.10.30, 14:31
Tramp: Çin və Amerika neft-qaz alışı üzrə böyük sövdələşməyə gedə bilər

Çin və Amerika Alyaskadan neft və qaz alışı ilə bağlı böyük sövdələşməyə gedəcək.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Amerika Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə danışıqlardan sonra "Truth Social" şəbəkəsində bildirib.

"Pekin Amerikadan enerji daşıyıcıları almağa başlamağa hazırdır. Əslində, böyük Alyaska ştatından neft və qaz alışı ilə bağlı çox böyük sövdələşmə baş tuta bilər. Müvafiq komandalar belə bir enerji sazişinin bağlanması mümkünlüyünü müəyyənləşdirmək üçün görüş keçirəcəklər", - o qeyd edib.

Tramp həmçinin deyib ki, Çin Amerikadan böyük miqdarda soya paxlası, sorqo və digər kənd təsərrüfatı məhsulları almağı planlaşdırır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar