SON XƏBƏRLƏR

Subsidiyaların ləğvi etirazlarla nəticələnə bilər- Millət vəkili

2025.10.30, 16:23
Subsidiyaların ləğvi etirazlarla nəticələnə bilər- Millət vəkili

İranda hökumətin aztəminatlı vətəndaşlara nəzərdə tutduğu subsidiyalar ləğv olunur.

Gunaz.tv

Bunu İranın əmək naziri Əhməd Meydəri deyib.

Onun sözlərinə görə, 27 milyon vətəndaşa verilən maddi yardım dayandırılacaq.

İran parlamentinin Sosial Komissiyasının üzvü Əli kerd bunun təhlükəli olduğunu bildirib:

"Onsuz da az olan subsidiyaların ləğvi qeyri-əxlaqi hərəkət olmaqla yanaşı, həm də təhlükəlidir. Bu, etirazların başlamasına və düşmən qüvvələrin bundan təbliğat vasitəsi kimi istifadə etmələrinə səbəb ola bilər".

Qeyd edək ki, hazırda İran hökumətinin aztəminatlı ailələrin hər üzvünə ayrıdığı subsidiya 300-500 min tümən (3-5 ABŞ dolları) arasında dəyişir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar