SON XƏBƏRLƏR

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

2025.11.03, 12:33
Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

“Belçikadan sonra İtaliya və Fransa Rusiyanın Avropadakı dondurulmuş aktivlərinin Ukraynaya verilməsinə qarşı çıxıblar”.

Gunaz.tv

Günaz TV "Global İnfo"ya istinadən xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della Sera” (CDS) qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, İtaliya və Fransa hökumətləri Rusiya aktivlərindən istifadənin qanunsuz hesab ediləcəyi təqdirdə mümkün maliyyə məsuliyyətindən narahatdırlar.

Xatırladaq ki, Avropa Komissiyası yaxın həftələrdə Kiyevə Rusiyanın dondurulmuş aktivlərini verməyə hazır olduğunu bəyan edib. Bildirilib ki, bu, beynəlxalq hüquqa tam uyğun olacaq.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar