SON XƏBƏRLƏR

Rusiyadan gələn buğda yüklü qatar Azərbaycan ərazisindən keçməklə Ermənistana çatıb

2025.11.06, 11:06
Rusiyadan gələn buğda yüklü qatar Azərbaycan ərazisindən keçməklə Ermənistana çatıb

Azərbaycandan dəmir yolu ilə daşınan ilk Rusiya buğda partiyası artıq Ermənistana çatıb.

Gunaz.tv

Bu barədə Ermənistanın İqtisadiyat naziri Gevorq Papoyan bildirib.

Onun sözlərinə görə, yükün ilk partiyası “Ayrum” stansiyasına gətirilib.

"Bu, tarixi gündür. Demək olar ki, 35 ildən sonra ilk dəfə olaraq yük Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana çatdırılıb”, - nazir vurğulayıb.

Nazir qeyd edib ki, ilk partiya Rusiyadan gətirilən buğdadır, ikinci partiya isə Qazaxıstandan gələcək. Hazırda Qazaxıstan buğdası Azərbaycan ərazisindədir və 7 noyabra qədər Ermənistana çatacağı gözlənilir.

Ümumi çəkisi 1000 ton olan buğda 15 vaqondan ibarətdir.

Hazırda Azərbaycanla Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsi olmasa da, Prezident İlham Əliyevin tranzit məhdudiyyətlərini aradan qaldırmasından sonra ilk yük partiyası əvvəlcə Gürcüstana, oradan isə Ermənistana göndərilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar