SON XƏBƏRLƏR

İrandan Rusiyaya 97 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

2025.11.06, 15:25
İrandan Rusiyaya 97 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin (DGK) Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Gunaz.tv

Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına "kahı" yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.

Kinoloji xidmət itinin tətbiqi ilə həyata keçirilən yoxlama zamanı üzəriləri kahı yükü ilə örtülərək gömrük nəzarətindən gizlədilən 295 ədəd bağlamada, qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 97 kiloqram 530 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar