SON XƏBƏRLƏR

Universitet professoru: Tezliklə insanlar çörək və qatıq yeyə bilməyəcəklər

2025.11.08, 11:11
Universitet professoru: Tezliklə insanlar çörək və qatıq yeyə bilməyəcəklər

Tərbiət Modares Universitetinin müəllim heyəti üzvü Məcid Mirlətifi ilin əvvəlindən bəri diri mal-qaranın qiymətinin 24 faiz artdığını deyib.

Gunaz.tv

“Aprel ayında bir kiloqram diri mal-qaranın qiyməti 250.000 tümən idisə, bu gün 310.000 tümənə çatıb. Heyvandarlıq məhsulları bazarındakı mövcud durum davam edərsə, bu rəqəm yenidən artacaq.” - deyə Mirlətifi bildirib.

O, südün qiymətinin 45.000 tüməni keçdiyini və aztəminatlı ailələrin artıq süd almaqda çətinlik çəkdiyini deyib.

“Bu tendensiya davam edərsə, qatığın qiyməti tezliklə ikiqat artacaq və insanlar hətta çörək və qatıq da yeyə bilməyəcəklər.” - deyə o bildirib.

İran Statistika Mərkəzinin son rəsmi hesabatına görə, İranda dörd nəfərlik bir ailə üçün standart ərzaq səbətinin təmin edilməsi xərcləri minimum əmək haqqının 68,9 faizinə çatıb. Bu rəqəm ötən ilin oktyabr ayında 55,4 faiz təşkil edirdi.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar