SON XƏBƏRLƏR

İsrailin İrana hücum ehtimalı yenidən artıb- "Nyu-York Tayms"

2025.11.10, 15:03
İsrailin İrana hücum ehtimalı yenidən artıb- "Nyu-York Tayms"

İranla Qərb arasında nüvə danışıqlarının dayandırılması və dalana dirənməsi İsrailin İrana qarşı yenidən hücum etmək ehtimalının artmasına səbəb olub.

Gunaz.tv

Bununla bağlı "Nyu-York Tayms" yazı dərc edib.

Bildirilib ki, İranın nüvə obyektlərinə beynəlxalq nəzarətin olmaması və znginləşdirilmiş nüvə ehtiyatı barədə şəffaf məlumatların verilməməsi yeni müharibəyə səbəb ola bilər.

Regional mənbələr təhlükəli bir durğunluq yarandığını bildirir; "heç bir danışıqlar aparılmır, İranın nüvə ehtiyatının həcmi ilə bağlı heç bir dəqiqlik yoxdur və müstəqil monitorinq aparılmır. Bir çox Körfəz dövləti hesab edir ki, bu vəziyyət, xüsusən də İsrail rəsmilərinin İranın nüvə proqramının mövcudluq təhlükəsi olduğuna dair uzun müddətdir davam edən mövqeyi nəzərə alınmaqla, İsrailin İrana qarşı daha bir hücumunu qaçılmaz edir".

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar