SON XƏBƏRLƏR

Çin Amerika gəmilərindən liman rüsumlarının alınmasını dayandırıb

2025.11.10, 15:07
Çin Amerika gəmilərindən liman rüsumlarının alınmasını dayandırıb

Çin Amerikanın gəmiqayırma sənayesinə qarşı tədbirlərin həyata keçirilməsini bir il müddətinə dayandırır.

Gunaz.tv

Bu barədə Çin Nəqliyyat Nazirliyinin saytında dərc edilmiş məlumatda deyilir.

Qurumdan bildirilib ki, söhbət Amerika gəmilərinə tətbiq olunan xüsusi liman rüsumunun alınmasının bir il müddətinə təxirə salınması qərarından gedir. Bundan əlavə, gəmiçilik sənayesi, gəmiqayırma sənayesi və əlaqəli sənaye təchizat zəncirlərinin təhlükəsizliyinə və inkişaf maraqlarına təsirlə bağlı vəziyyətin araşdırılması dayandırılır.

Müvafiq qərarlar Kuala-Lumpurda Çin və Amerika arasında ticarət danışıqlarında əldə edilmiş razılaşmalar əsasında qəbul edilib. Həmçinin oktyabrın sonunda Çin Ticarət Nazirliyindən bildirilib ki, Vaşinqton Çin sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında aparılmış danışıqların nəticələrinə əsasən Çinin gəmiqayırma sənayesinə qarşı tədbirləri bir il müddətinə dayandıracaq, Pekin isə simmetrik cavab verəcək.

 

C

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar