SON XƏBƏRLƏR

Fidan Ağ Evdə Amerika rəsmiləri ilə görüşüb

2025.11.11, 11:19
Fidan Ağ Evdə Amerika rəsmiləri ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtona Amerika dövlət katibi Marko Rubio, Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff, Birləşmiş Ştatların Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak, habelə Ağ Evdə digər rəsmilərlə görüşmək üçün dəvət olunduğunu bildirib.

Gunaz.tv

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri bu barədə mətbuat nümayəndələrinin suallarını cavablandırarkən deyib.

O, səfərinin Suriya Prezidenti Əhməd Əl Şaraanın səfəri ilə üst-üstə düşdüyünü əlavə edib.

Fidan vurğulayıb ki, keçirdiyi görüşlərdə Türkiyənin Suriya ilə bağlı ümumi baxışları, Amerika ilə əməkdaşlıq imkanları diqqət mərkəzində olunub, tərəflər Suriyanın inkişafı, birliyi, həmrəyliyi, sülh, regional təhlükəsizliklə bağlı bir çox məsələləri müzakirə etmək imkanı qazanıblar.

Görüşlərdə Rusiya-Ukrayna müharibəsi də müzakirə mövzusu olub. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələ ilə bağlı bəzi fikirlərinin olduğunu, bəzi qiymətləndirmələrin və atılacaq addımların müəyyən edildiyini bildirib.

Fidan həmçinin Amerikanın İranın nüvə danışıqları ilə bağlı mövqeyini və bundan sonra atılacaq zəruri addımları qiymətləndirdiklərini qeyd edib. Nazir vurğulayıb ki, bu məsələ region üçün əhəmiyyətli dərəcədə aktuallıq kəsb etdiyi üçün geniş fikir mübadiləsi aparılıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar