SON XƏBƏRLƏR

SEPAH "İsrail casusları"nı həbs edib

2025.11.12, 10:23
SEPAH "İsrail casusları"nı həbs edib

Bir neçə əyalətdə keçirilən əməliyyatlar nəticəsində ABŞ və İsrailə casusluq edən şəbəkə ifşa olunub və bir neçə nəfər saxlanılıb.

Gunaz.tv

Bununla bağlı İran mediası SEPAH-ın kəşfiyyat bölməsinə istinadən məlumat yayıb.

"İsrail İranla son müharibədəki uğursuzluğundan sonrakı ölkədə təhlükəsizliyi pozmaq üçün İranın bir sıra əyalətlərində casus şəbəkəsi yaradıb",- SEPAH-ın bəyanatında bildirilib.

Saxlanılanların sayı, onların kimliyi və ya saxlanıldıqları dəqiq yer və tarix barədə məlumat verilməyib.

Qeyd edək ki, 12 günlük İran-İsrail qarşıdurmasından sonra İranda minlərlə şəxs həbs edilib, onların bəziləri barəsində "İsrailə casusluq" ittihamı irəli sürülüb.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar