SON XƏBƏRLƏR

"Qarabağ" dünya klub reytinqində 17 pillə irəliləyib

2025.11.12, 11:20
"Qarabağ" dünya klub reytinqində 17 pillə irəliləyib

"Qarabağ" klubu dünya reytinqində daha 17 pillə irəliləyib.

Gunaz.tv

bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.

192,25 xalı olan Azərbaycan çempionu 82-ci sıradan 65-ci yerə qalxıb.

"Sabah" 296-cı mövqedən 276-ya, "Zirə" 407-dən 387-yə, "Araz-Naxçıvan" 391-dən 390-a yüksəlib. "Traxtur" komandası isə bu sıralamada 264-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, 502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 567 xalla liderdir.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar