SON XƏBƏRLƏR

Amerika Maliyyə Nazirliyi İrana qarşı bir sıra yeni sanksiyalar tətbiq edib

2025.11.13, 11:13
Amerika Maliyyə Nazirliyi İrana qarşı bir sıra yeni sanksiyalar tətbiq edib

Amerika İranın ballistik raket və PUA istehsalına dəstək verən bir sıra ölkələrdəki şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq edib.

Gunaz.tv

Bu barədə “Reuters“ Amerika Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumatda bunun Vaşinqtonun Tehrana təzyiqi artırmaq cəhdlərinin növbəti mərhələsi olduğu bildirilib.

Məlumata görə sanksiyalar İran, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Çin, Honkonq, Hindistan, Almaniya və Ukraynada yerləşən, müxtəlif təchizat şəbəkələrində fəaliyyət göstərən ümumilikdə 32 fiziki və hüquqi şəxsə yönəlib.

“Bu şəbəkələr Amerika və müttəfiq qüvvələrin Yaxın Şərqdəki personalı, həmçinin Qırmızı dənizdəki kommersiya gəmiçiliyi üçün təhlükə yaradır”, - nazirliyin bəyanatında deyilir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar