SON XƏBƏRLƏR

İsrail: SEPAH-dan 2 mindən çox qüvvə öldürülüb

2026.03.30, 19:45
İsrail: SEPAH-dan 2 mindən çox qüvvə öldürülüb

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İsrail ordusunun farsdilli sözçüsü Kamal Pinhası bildirib: “İsrail qüvvələri SEPAH və ona bağlı qüvvələrin ən mühüm komandanlıq qərargahlarını hədəf alıb.”

O əlavə edib: “Bu mərkəzlər İsrailə qarşı hücumların və İran daxilində etirazların yatırılmasının idarə olunduğu əsas nöqtələr idi.”

Pinhası əməliyyatların cümə günündən başladığını bildirərək deyib: “Bəsic zəncirvari komandanlığına və ‘İmam Əli’ qərargahına ağır zərbələr endirilib və SEPAH, Bəsic və təhlükəsizlik qüvvələrindən 2 mindən çox şəxs öldürülüb.”

O həmçinin qeyd edib: “Əməliyyatın üçüncü mərhələsi İranın nüvə proqramına zərbələrin dərinləşdirilməsinə yönəlib və bu proqramın bərpası ilə əlaqəli obyektlər və infrastruktur hədəfə alınıb.”

Onun sözlərinə görə, “Ərak ağır su obyektləri və Yəzdə uranın hazırlanması üçün istifadə olunan infrastruktur bu hücumların əsas hədəfləri arasında olub.”

İsrail ordusunun sözçüsü əlavə edib: “Bu əməliyyat İranın regional təcrid və iqtisadi böhranla üzləşdiyi bir dövrdə həyata keçirilir.”

 


Gunaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar