SON XƏBƏRLƏR

Suriya İrana qarşı çıxdı

2026.03.30, 21:34
Suriya İrana qarşı çıxdı

Ahmad al-Şaraa: İran müharibəni genişləndirir

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Suriyanın prezidenti Ahmad al-Şaraa Almaniyaya səfəri çərçivəsində İran rejiminin Ərəb Körfəzdə ölkələrə hücumlarını pisləyib.

O, bazar ertəsi keçirilən mətbuat konfransında Körfəz ölkələri ilə həmrəyliyini ifadə edərək bildirib: “İranın cənubundakı ərəb ölkələri müharibəyə qoşulmaq istəmirdi, lakin İran onlara hücum edir.”

İlk dəfə prezident kimi Almaniyaya səfər edən al-Şaraa bu səfər çərçivəsində Almaniya kansleri ilə də görüşüb.

O, münaqişənin artıq beşinci həftəsinə daxil olduğunu xatırladaraq, bu müharibənin qlobal enerji təminatı üçün “çox böyük risk” daşıdığını vurğulayıb.

al-Şaraa əlavə edib: “Tərəflər mümkün qədər tez müəyyən bir formula əsasında razılığa gəlməlidirlər”, əks halda müharibənin davamı daha ciddi təhlükələrə yol aça bilər.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar