SON XƏBƏRLƏR

Azərbaycan Türkiyəyə atılan raketi qətiyyətlə pislədi

2026.03.30, 21:59
Azərbaycan Türkiyəyə atılan raketi qətiyyətlə pislədi

Bakıdan İrana sərt reaksiya, Azərbaycan Türkiyənin yanındadır.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İran İslam Respublikasının ərazisindən Türkiyə Respublikasına ballistik raket buraxılmasını kəskin şəkildə pisləyib.

Nazirliyin bəyanatında deyilir: “İran İslam Respublikasının ərazisindən Türkiyə Respublikasının ərazisinə ballistik raketin buraxılmasını qətiyyətlə pisləyirik.”

Bəyanatda həmçinin vurğulanır: “Qardaş Türkiyə ilə həmrəyliyimizi ifadə edir, onun təhlükəsizliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik.”


Gunaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar