SON XƏBƏRLƏR

BMT-nin insan haqları üzrə ali komissarı müharibə fonunda İranda repressiyaların gücləndiyini deyir

2026.04.01, 21:47
BMT-nin insan haqları üzrə ali komissarı müharibə fonunda İranda repressiyaların gücləndiyini deyir

Volker Türk bildirib ki, İranda və Yaxın Şərq regionunda Amerika və İsrailin hücumları başlayandan sonra vətəndaş cəmiyyətinə və ifadə azadlığına qarşı repressiyalar kəskin şəkildə artıb.

Gunaz.tv

O, çərşənbə günü yaydığı bəyanatda deyib:
“Region boyunca vətəndaş cəmiyyətinin kəskin şəkildə təhlükəsizlik prizmasından idarə olunduğunu müşahidə edirik. Hökumətlər insanların ifadə azadlığı və dinc toplaşmaq hüququndan istifadə etməsinə ciddi məhdudiyyətlər tətbiq edirlər.”

Türk bildirib ki, həbslər və sərt tədbirlər cəmiyyətdə qorxu mühiti yaradıb. Qiymətləndirmələrə görə, münaqişə başlayandan bəri İranda milli təhlükəsizliklə bağlı ittihamlarla 2300-dən çox insan saxlanılıb.

 

“Bu, qəbuledilməzdir. Sanki müharibənin gətirdiyi ağrı və əzab kifayət deyilmiş kimi, bəzi iranlılar öz hökumətləri tərəfindən əsassız şəkildə saxlanılır, həbs edilir, lazımi hüquqi prosedur olmadan mühakimə olunur və bəzi hallarda hətta edam edilir,” – deyə o bildirib.

O əlavə edib ki, edamlar dərhal dayandırılmalıdır. Türk həmçinin xəbərdarlıq edib ki, artıq beşinci həftəsinə daxil olan ölkə üzrə internetin kəsilməsi, eləcə də qorxutma və əsassız saxlanma ilə bağlı məlumatlar vəziyyəti daha da ağırlaşdırır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar