SON XƏBƏRLƏR

İranda daha iki siyasi məhbus edam edilib

2026.04.04, 09:43
İranda daha iki siyasi məhbus edam edilib

İki siyasi məhbus – Əbülhəsən Müntəzir və Vahid Bini-Əmirian– Ali Məhkəmə tərəfindən hökmləri təsdiqləndikdən sonra şənbə günü edam olunublar.

Gunaz.tv

Onlar 2024-cü ilin dekabrında başqa dörd nəfərlə birlikdə Xalq Mücahidləri təşkilatı ilə əlaqəli “silahlı üsyan” da daxil olmaqla müxtəlif ittihamlarla ölüm cəzasına məhkum edilmişdilər. Hüquq müdafiə qrupları isə bildirir ki, onlardan etiraf almaq üçün ağır işgəncələr tətbiq olunub.

Son aylarda İran İslam Respublikası repressiv siyasətini xeyli gücləndirib və hətta yanvar etirazlarında iştirak edən vətəndaşlara qarşı “terrorçu” damğasından istifadə edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar