SON XƏBƏRLƏR

İraq İranla sərhədini bağladı (Video)

2026.04.04, 16:43
İraq İranla sərhədini bağladı (Video)

Gunaz.tv

Şələmçə sərhəd-keçid məntəqəsinə bu gün edilən hücumlardan sonra bu sərhəd tamamilə bağlanıb və bütün sərnişin hərəkəti ilə ticarət fəaliyyəti dayandırılıb. Terrorçu Həşd əş-Şəbi qüvvələri Şələmçə sərhədində bombardman edilib.

Gunaz TV-nin məlumatına görə, İraq Sərhəd Keçidləri Təşkilatı bildirib ki, bu hücumlardan sonra Şələmçə sərhədində gediş-gəliş tam dayandırılıb və bu keçid növbəti bildirişə qədər bağlı qalacaq. İsrail bundan əvvəl də bu terrorçu qüvvələrin İraq daxilində mövqelərini hədəfə almışdı və indi hücumlar Şələmçə sərhədinə qədər genişlənərək qüvvə və texnika daşınması marşrutunu pozub.

Məlumata əsasən, hücum zamanı Həşd əş-Şəbi qruplaşmasının bir üzvü öldürülüb, azı beş terrorçu üzv isə yaralanıb. İraq rəsmiləri təhlükəsizlik vəziyyətinə görə sərnişin hərəkəti və yük daşımaları üçün alternativ marşrutların nəzərdə tutulduğunu vurğulayıb.

Bu qurum həmçinin Şələmçə keçidi vasitəsilə yardımların göndərilməsinin dayandırıldığını və sərhəddə heç bir fəaliyyətin həyata keçirilmədiyini açıqlayıb.

Eyni zamanda, İraqın təhlükəsizlik rəsmilərindən biri Reuters agentliyinə verdiyi açıqlamada bu sərhədin bağlandığını təsdiqləyib.

Şələmçə sərhədinin bağlanması bu keçidin İraqla İran arasında ən mühüm əlaqə və ticarət yollarından biri olduğu bir vaxtda baş verir və onun dayanması ciddi iqtisadi və humanitar nəticələrə səbəb ola bilər.

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar