SON XƏBƏRLƏR

37 gün internetsiz həyat | İran rekord qırdı

2026.04.05, 15:08
37 gün internetsiz həyat | İran rekord qırdı

Gunaz.tv

İran hakimiyyəti internetə çıxışın məhdudlaşdırılması sahəsində dünya üzrə rekord səviyyəyə çatıb.

Gunaz TV-nin məlumatına görə, NetBlocks saytı bazar günü, 5 aprel tarixində bildirib ki, İranda ümummilli internet kəsintisi artıq tarixdə hər hansı bir ölkədə qeydə alınmış ən uzunmüddətli fasiləyə çevrilib. Bu kəsinti 37-ci gününə daxil olaraq 864 saatı keçib və miqyasına görə digər bütün oxşar halları geridə qoyub.

NetBlocks bu vəziyyəti “rəqəmsal qaranlıq” yaşayan digər ölkələrlə müqayisə edərək qeyd edib ki, İran əvvəllər internetə çıxışı olan, lakin sonradan “milli şəbəkə”yə qayıdaraq bu əlaqəni itirən ilk ölkədir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar