SON XƏBƏRLƏR

BƏƏ: Hörmüz boğazı heç bir ölkə tərəfindən girov saxlanıla bilməz

2026.04.06, 12:16
BƏƏ: Hörmüz boğazı heç bir ölkə tərəfindən girov saxlanıla bilməz

Hörmüz boğazı heç bir ölkə tərəfindən girov saxlanıla bilməz.

Gunaz.tv

Bu sözləri BƏƏ prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş həftəsonu keçirilən brifinqdə deyib.

“Hörmüz boğazı heç bir ölkə tərəfindən girov saxlanıla bilməz,” – deyə o vurğulayıb və əlavə edib ki, bu su yolunda gəmiçiliyin azadlığı “istənilən münaqişənin həllinin ayrılmaz hissəsi olmalı və bununla bağlı aydın razılaşma əldə edilməlidir.”

O qeyd edib ki, bu su yolunda hərəkət azadlığı ABŞ-İran münaqişəsinin istənilən həll variantının tərkib hissəsi olmalıdır.

Qərqaş bildirib ki, BƏƏ müharibənin başa çatmasını istəyir, lakin İranın nüvə proqramı, raket və pilotsuz uçuş aparatları məsələlərini həll etməyən atəşkəsə qarşı xəbərdarlıq edib.

Onun sözlərinə görə, belə bir razılaşma “daha təhlükəli və daha qeyri-sabit Yaxın Şərq” yarada bilər.

“Daha çox eskalasiyanın şahidi olmaq istəmirik,” – deyə o bildirib. “Amma regionda daha təhlükəli mühit yaradacaq əsas məsələləri – xüsusilə İranın nüvə proqramını, hələ də bizə və digər ölkələrə yönələn raket və dronları – həll etməyən atəşkəs də istəmirik.”


- Cəfər Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar