SON XƏBƏRLƏR

ABŞ-ın NATO-da iştirakı dayandırıla bilər

2026.04.06, 17:16
ABŞ-ın NATO-da iştirakı dayandırıla bilər

Gunaz.tv

ABŞ prezidenti Donald Trump ilə Avropa İttifaqı ölkələri arasında fikir ayrılıqları o qədər dərinləşib ki, Vaşinqtonun NATO-dakı iştirakının dayandırılması ehtimalı gündəmə gəlib.

Bu barədə rusiyalı senator Aleksey Puşkov açıqlama verib.

Puşkov bildirib ki, qlobal siyasətdə bəzən zahirən inanılmaz görünən hadisələr baş verir, lakin onlar əslində dərin səbəblərin nəticəsi olur:

"ABŞ-ın NATO-dan çıxması da belə görünən mümkün olmayan hadisələrdəndir. Tramp ilə Avropa ölkələri arasında siyasi, ideoloji, iqtisadi və dəyər fərqləri bu nəticəyə zəmin yaradır. Əgər tam çıxış baş verməzsə, o halda ABŞ-ın NATO-da iştirakının dayandırılması və bu alyansa maliyyə dəstəyinin kəsilməsi qeyri-mümkündən mümkünə yaxınlaşır."

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar