SON XƏBƏRLƏR

ABŞ-dan Şok xəbər: ordu hazır vəziyyətdə

2026.04.08, 19:26
ABŞ-dan Şok xəbər: ordu hazır vəziyyətdə

Kin: Hər an əməliyyatları bərpa edə bilərik, müharibə yenidən alovlanacaq?

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Dan kin, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisi, İranla iki həftəlik müvəqqəti atəşkəsin tətbiq olunduğunu qeyd edərək bildirib ki, bu ölkənin qüvvələri əmrin verilməsi halında döyüş əməliyyatlarını dərhal bərpa etməyə hazırdır.

O vurğulayıb: «Atəşkəs bir fasilədir və birgə qüvvə əmrin verilməsi halında, ötən ay nümayiş etdirdiyimiz sürət və dəqiqliklə döyüş əməliyyatlarını bərpa etməyə hazırdır. Ümid edirik ki, belə olmayacaq.»

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisi ordunun hazırlığını ön plana çəkərək bu atəşkəsi müvəqqəti adlandırıb və hazır vəziyyətin davam etdiyini bildirib.

Kin həmçinin bu əməliyyat zamanı 13 amerikalı hərbçinin öldüyünü qeyd edərək əlavə edib: «Onların və ailələrinin fədakarlığı bizim üçün dərin əhəmiyyət daşıyır və minnətdarıq.»

 


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar