SON XƏBƏRLƏR

Tramp: İranın Hörmüzdəki davranışı biabırçıdır

2026.04.10, 20:45
Tramp: İranın Hörmüzdəki davranışı biabırçıdır

Gunaz.tv

Günaz TV-nin məlumatına görə, ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşdığı mesajda İranın Hörmüz boğazındakı fəaliyyətini sərt tənqid edərək Tehrana dolayı xəbərdarlıq edib.

Tramp cümə axşamı yayımladığı mesajda bildirib: “İran neftin Hörmüz boğazından keçidinə icazə vermək məsələsində çox zəif davranır və bəzi şəxslərin dediyinə görə bu, biabırçıdır. Bu, bizim razılaşdığımız şey deyil!”

ABŞ prezidentinin bu açıqlaması onun İran hökuməti ilə iki həftəlik şərti atəşkəsə razılıq verdiyi və ABŞ nümayəndə heyətinin Pakistan vasitəsilə Tehranla danışıqlara hazırlaşdığı bir vaxta təsadüf edir.

 

Günaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar