SON XƏBƏRLƏR

İran məhkəməsi 400 nəfərin əmlakının müsadirəsinə qərar verdi

2026.04.11, 14:06
İran məhkəməsi 400 nəfərin əmlakının müsadirəsinə qərar verdi

İran məhkəməsi xarici ölkələrdə yaşayan 400 iranlının barəsində cinayət işi açıb və onların əmlaklarının müsadirə olunması barədə qərar verib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, bu şəxslər "xarici hücumları dəstəkləmək və düşmən cərəyanları ilə əməkdaşlıq etmək"də günahlandırılıblar.

Əmlakı müsadirə olunanlar arasında tanınmış idmançılar, sənətçilər, iş adamları və media fəallarının da adları var.

İran məhkəməsi bu addımı "casusluq, İsraillə əməkdaşlıq və milli təhlükəsizliyə və maraqlara düşmən olan başqa ölkələrlə əməkdaşlıq üçün cəzanı artırmaq, eləcə də düşmən medianın fəaliyyətinə qarşı tədbir görmək üçün qanuna uyğun olaraq atıldığı"nı iddia edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar