SON XƏBƏRLƏR

Pakistan’da İran–ABŞ danışıqları: qeyri-müəyyənlik davam edir

2026.04.11, 15:17
Pakistan’da İran–ABŞ danışıqları: qeyri-müəyyənlik davam edir

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İranın dövlət mediası şənbə günü, 22 fərvərdin “İslamabad vaxtı ilə” İran nümayəndə heyətinin rəhbəri “Məhəmmədbaqir Qalibaf”ın Pakistanın baş naziri “Şahbaz Şərif”lə görüşünün başladığını açıqlayıb.

Açıqlanan proqrama əsasən, ABŞ və İran nümayəndə heyətlərinin günün davamında bir-biri ilə görüşməsi planlaşdırılır. Lakin İran rəsmiləri bu danışıqların keçirilməsi ilə bağlı hələ yekun qərarın verilmədiyini vurğulayıb.

Bu arada “Tasnim” mediası bildirib ki, danışıqlar baş tutarsa, hələlik bu görüşlər birgünlük tədbir kimi planlaşdırılıb.

Tasnim-in məlumatına görə, İran hələ də ABŞ-ın mövqeyini qiymətləndirir və danışıqların başlanması qarşıdakı saatlarda baş verəcək hadisələrdən asılıdır.r.

 

Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar