SON XƏBƏRLƏR

ABŞ və İran rəsmilərinin birbaşa görüşünün ilk raundu başa çatdı

2026.04.11, 19:03
ABŞ və İran rəsmilərinin birbaşa görüşünün ilk raundu başa çatdı

Bu gün günün ikinci yarısında Pakistanın paytaxtı İslamabadda İran və Amerika rəsmiləri arasında birbaşa, üzbəüz danışıqların birinci raundu başa çatıb.

Gunaz.tv

Bu barədə CNN və "Reuters" də daxil olmaqla beynəlxalq media orqanları məlumat yayıb.

"Reuters" Pakistan mənbəsinə istinadən bildirib ki, JD Vens, İstiv Uitokoff və Donald Trampın kürəkəni Jerad Kuşner arasında Məhəmməd Baqir Qalibaf və Abbas Əraqçı ilə danışıqlar iki saat davam edib və bundan sonra nümayəndə heyətləri istirahət etmək üçün fasilə veriblər.

Məlumata görə, Pakistan ordusunun rəisi də İslamabad görüşündə iştirak edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar