SON XƏBƏRLƏR

Vaşinqton İranın cavabından narazıdır

2026.05.11, 08:32
Vaşinqton İranın cavabından narazıdır

Gunaz.tv

ABŞ prezidenti Donald Trump İranın Vaşinqtonun müharibənin başa çatdırılması ilə bağlı təklifinə verdiyi cavabı “tamamilə qəbuledilməz” adlandırıb.

Gunaz.tv-nin məlumatına görə, Tramp bazar günü axşam “Truth Social” sosial şəbəkəsində yazıb:

“Mən indicə İranın “nümayəndələrinin” cavabını oxudum. Bu mənim xoşuma gəlmədi. Tamamilə qəbuledilməzdir!”

Bundan bir neçə saat əvvəl İran hökumətinə yaxın media qurumları Tehranın cavabını Pakistan vasitəsilə ABŞ-a göndərdiyini bildirmişdi. Pakistan rəsmiləri də həmin cavabın Vaşinqtona çatdırıldığını təsdiqləyiblər.

Bununla belə, İranın cavabının detalları açıqlanmayıb və Tramp da əlavə izah verməyib.

ABŞ prezidenti daha əvvəl də İranın təkliflərini “yetərsiz” hesab etdiyini bildirmişdi.

Tehran və Vaşinqton Pakistanın vasitəçiliyi ilə keçirilən birbaşa görüşdən sonra müharibənin dayandırılması üçün qarşılıqlı təkliflər üzərində danışıqları davam etdirirlər. Müharibə ötən ilin 9 martında ABŞ və İsrailin İrana hücumları ilə başlayıb və qısa müddətdə regional qarşıdurmaya çevrilib.

İlkin danışıqlar nəticəsiz qaldıqdan sonra ABŞ İran limanlarına qarşı dəniz blokadasına başlayıb. Bu addım İranın Hörmüz boğazını bağlı saxlamağa davam etdiyi bir vaxtda bölgədəki gərginliyi daha da artırıb.

 

GünAzTV
R.G

 

Tehran ABŞ-ın təklifinə cavab verdi

2026.05.10, 21:00

Tehran ABŞ-ın təklifinə cavab verdi

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar