SON XƏBƏRLƏR

EKO nümayəndəsi: Urmu üzüm festivalı Şuşa ilə mədəni əlaqələr yarada bilər

2026.09.22, 18:37
EKO nümayəndəsi: Urmu üzüm festivalı Şuşa ilə mədəni əlaqələr yarada bilər

Gunaz.tv

İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) nümayəndəsi bildirib ki, Urmiya (Urmu) üzüm festivalı Azərbaycanın Şuşa şəhərinin mədəni təcrübəsindən istifadə etməklə Urmiya ilə Şuşa arasında mədəni və turizm əlaqələrinin genişlənməsinə imkan yarada bilər.

EKO nümayəndəsi Yərjan Mukaş Urmiya Bələdiyyəsinin təşkil etdiyi beynəlxalq investisiya imkanları forumunda çıxışı zamanı Şuşanın 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı seçildiyini və bu şəhərdə keçirilən mədəni tədbirlərin region ölkələri arasında mədəni əlaqələrin güclənməsinə töhfə verdiyini bildirib.

O, Urmiya üzüm festivalına toxunaraq deyib: “Üzüm festivalının da Şuşa ilə mühüm əlaqəsi var” və Urmiyanın mədəniyyət və turizm sahəsində daha geniş əməkdaşlıq yaratmaq üçün Şuşanın keçirdiyi tədbirlərin təcrübəsindən yararlana biləcəyini qeyd edib.

EKO nümayəndəsi vurğulayıb ki, bu cür tədbirlərin keçirilməsi Urmiya, Şuşa və regionun digər şəhərləri arasında yeni əlaqələrin yaranması üçün imkan yarada bilər.

 

Gunaz TV
R.G

 

Xarici səfirlər və diplomatlar Urmu gölünü ziyarət ediblər

2026.09.21, 17:37

Xarici səfirlər və diplomatlar Urmu gölünü ziyarət ediblər

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar