SON XƏBƏRLƏR

Xarici səfirlər və diplomatlar Urmu gölünü ziyarət ediblər

2026.09.21, 17:37
Xarici səfirlər və diplomatlar Urmu gölünü ziyarət ediblər

Gunaz.tv

Urmu şəhərində keçirilən 9-cu Beynəlxalq Üzüm Festivalında iştirak etmək üçün şəhərə səfər edən xarici səfirlər və diplomatlar tarixi bazar və Cümə məscidinə baş çəkdikdən sonra Urmiya gölünü də ziyarət ediblər.

9-cu Beynəlxalq Üzüm Festivalında iştirak etmək üçün Urmiyaya səfər edən Şri-Lanka, Filippin, Tailand, Nikaraqua, İndoneziya, Qazaxıstan, Rumıniya, Malayziya və Cənubi Koreyanın səfirləri və diplomatları tarixi bazar və Cümə məscidinə baş çəkdikdən sonra Urmiya gölünü ziyarət ediblər.

Diplomatik heyət bu proqramlarda Urmiya şəhərinin meri Aydın Rəhmani Rzaiyənin dəvəti ilə iştirak edib.

Səfər zamanı Urmiya Şəhər İslam Şurasının sədri Hüseyn Pənahi və bələdiyyənin bir sıra rəhbər şəxsləri də diplomatik heyəti müşayiət ediblər.

Proqram Urmiyada keçirilən 9-cu Beynəlxalq Üzüm Festivalı çərçivəsində mədəni və turizm proqramları kapsamında təşkil olunub.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar