SON XƏBƏRLƏR

Əbdürrza Davəri də ana dilində təhsil tələbinə hücum etdi: bu tələbi Azərbaycan Demokrat Firqəsi ilə əlaqələndirdi

2026.11.07, 18:03
Əbdürrza Davəri də ana dilində təhsil tələbinə hücum etdi: bu tələbi Azərbaycan Demokrat Firqəsi ilə əlaqələndirdi

Gunaz.tv

İqtisadiyyat üzrə müşavir və təhlilçi Əbdürrza Davəri ana dilində təhsil təşəbbüsünə münasibət bildirərkən, Cəfər Pişəvəri və Azərbaycan Demokrat Firqəsinə istinad edərək, bu tələbi separatçılıq ritorikası ilə təqdim edib.

Davəri “X” sosial şəbəkəsindəki hesabında yazıb: “Ana dilində təhsil planı ilə Pişəvərinin və Demokrat Firqəsinin ruhu şad oldu!” O, paylaşımında “Gizli separatçılar” həştəqindən də istifadə edib.

O, həmçinin bir yarısı İran prezidenti Məsud Pezeşkianın, digər yarısı isə Cəfər Pişəvərinin təsvirindən ibarət olan bir şəkil paylaşıb. Bu görüntü Davərinin paylaşımındakı mətnlə birlikdə Pezeşkian və Pişəvəri arasında simvolik əlaqə yaratmağa xidmət edir.

Bu mövqe ana dilində təhsil məsələsinə münasibətdə mərkəzçi siyasi cərəyanlara yaxın şəxslərin reaksiyalarının davamı kimi ortaya çıxıb. Halbuki ana dilində təhsil Güney Azərbaycan türklərinin və İrandakı digər dil qruplarının uzun illərdir irəli sürdüyü tələblərdən biridir.

 

GunAz TV
R.G

 

Ana dilində təhsil İranın federallaşdırılması deməkdir- Raefipur

2026.11.07, 14:26

Ana dilində təhsil İranın federallaşdırılması deməkdir- Raefipur

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar