Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
GünAzTv: ATƏT-ə üzv olan 56 ölkənin və 12 beynəlxalq təşkilatın 2500-dən çox nümayəndəsi, dövlət və hökumət başçıları dekabrın 1-2-də buraya toplaşaraq beynəlxalq əməkdaşlıq və təhlükəsizlik məsələlərini müzakirə etdilər.
Dünya siyasətinin prioritetləri Astanada ciddi şəkildə gündəliyə gətirildi. Lakin «Böyük 20-lər»in toplantısında olduğu kimi, dünya nəhəngləri bu dəfə də planetin gələcəyi ilə bağlı yekdil qərara gələ bilmədilər. Hətta iş o yerə çatdı ki, sammitin yekun sənədini hazırlamaq üçün ekspertlərə 10 saatdan artıq vaxt lazım gəldi. Bununla belə, Astana sammitinin tarixə nəticəsiz və səmərəsiz görüş kimi düşməməsi üçün dövlət və hökumət başçıları bir neçə pozitiv bəyanatlar verdilər.Bəs sammitin gündəliyində hansı məsələlər dururdu və bu məsələlərlə bağlı nə kimi addımlar atıldı? Zirvə görüşünün müzakirə mövzuları sırasına bunlar daxil edilmişdi: - Qırğızıstan və Əfqanıstandakı vəziyyət, həmçinin keçmiş sovet məkanında mövcud olan “dondurulmuş” münaqişələr; - Rusiyanın Abxaziya və Cənubi Osetiyada Tiflisi narahat edən mövcudluğunun artması; - Rusiyanın 1999-cu ildə ATƏT-in İstanbulda keçirilən sammitində üzərinə götürdüyü öhdəliklər;- Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin nizamlanması; - Silahlanmanın azaldılması, həmçinin Əfqanıstan və Orta Asiyadan gələn yeni təhlükə çağırışları ilə mübarizə; - Təşkilatın gələcək fəaliyyət planının müzakirəsi.Sammitə sədrlik edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev çoxsaylı dövlət və hökumət başçısının Astanada toplaşmasını əhəmiyyətli hadisə adlandırıb və bildirib ki, bu zirvə görüşü ATƏT-in dirçəlişinin əlamətidir. Qurum vahid və bölünməz təhlükəsizlik məkanının yaradılmasına start vermək istəyir, lakin bəllidir ki, Avropanın təhlükəsizlik arxitekturasının qurulması ilə bağlı ABŞ və Avropa üçlüyü – Rusiya, Fransa və Almaniya arasında ciddi ziddiyyətlər var. ABŞ prezidenti Barak Obama və Fransa prezidenti Nikola Sarkozinin sammitə qatılmaması bu ziddiyyətlərin bariz nümunəsi sayıla bilər. Hər halda Nursultan Nazarbayevin çağırışı iştirakçı ölkələrin diqqətindən yayına bilməz.“ATƏT-in bu gün keçirilən zirvə toplantısı təşkilatın dirçəlişinin əlamətidir. Biz bununla vahid və bölünməz təhlükəsizlik məkanının yaranmasına start veririk. Dünyada sülh və sabitliyini əldə olnuması üçün daha çox dialoqa ehtiyac var.”-deyə Nursultan Nazarbayevi qeyd edib. Qazaxıstan prezidenti həm də “nüvəsiz dünya” barədə Bəyannaməni qəbul etməyə çağırıb. O, təşkilatın effektivliyini artırmaq üçün bir sıra təkliflərlə çıxış edib. Təkliflər sırasında lokal münaqişələrin proqnozlaşdırılması və önlənməsinə daha çox diqqət ayrılır və bu məqsədlə Astana şəhərində ATƏT-in Təhlükəsizlik İnstitutunun yaradılması məqsədəuyğun sayılır. Lakin rəsmilər təşkilatın əhatə etdiyi məkanda həlli uzanan münaqişələrlə bağlı vəziyyəti heç də ideal hesab etmir və bildirirlər ki, münaqişələrin tənzimlənməməsi sözügedən ideyanın gerçəkləşməsini də sual altında qoyur. Şübhəsiz, belədə ATƏT-in BMT ilə faydalı əməkdaşlığına ehtiyac var. Astana sammitinə qatılan BMT-nin baş katibi Pan Gi Mun da ATƏT-in fəaliyyətinin əsas istiqamətlərinə toxunub. O, qurumun münaqişələrin həllində oynadığı rola toxunaraq bildirib ki, ATƏT hər zaman BMT-yə güvənə bilər. Azərbaycan ictimaiyyətini ən çox düşündürən, sammitdə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı hər hansı qərarın qəbulu və problemin həlli ilə bağlı prinsiplərin müəyyən edilməsi idi. Lakin toplantı çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutmaması bir sıra suallar doğurur: ya ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər münaqişəyə dair həlledici qərar qəbul etmək astanasındadır və məsələnin həssaslığını nəzərə alaraq Astanada prezidentləri bir araya gətirməyə lüzum görmədilər və bununla da qısa taym-aut götürdülər, ya da dolayısı ilə təşkilat bu problemin həllində tam gücsüzlüyünü nümayiş etdirərək Rusiyanın fövqəlstatusunu tanıyır. Bununla belə, rəsmi Bakı Qarabağ probleminin tənzimlənməsi hüququnu özündə saxlayır və beynəlxalq birliyin qətiyyətsizliyi ölkəmizi diplomatik vasitələrin tətbiqindən imtina etməyə daha çox meylləndirir.Bu fikirlər Astana sammitində çıxış edən dövlət başçımızın məruzəsində də əksini tapıb. Pezident İlham Əliyev bəyan edib ki, Ermənistan indiki status-kvonu qoruyub saxlamaq və danışıqları mənasız prosesə çevirmək istəyir. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq və regional təhlükəsizlik üçün böyük təhdidlər doğurmaqdadır. “Ermənistanın danışıqlar prosesində özünü necə aparması belə düşünməyə əsas verir ki, Ermənistan işğal etdiyi əraziləri azad etməyə can atmır, əksinə status-kvonu uzun müddət qorumaq və ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqları mənasız prosesə çevirmək istəyir. Danşıqıların 20 ildir davam etməsinə baxmayaraq, heç bir ciddi nəticə yoxdur. Bununla belə, biz danışıqları davam etdirməyə hazırıq və münaqişənin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq istəyirik.”-deyə prezident İlham Əliyev qeyd edib. Şübhəsiz, Dağlıq Qarabağ və digər münaqişələrin ədalətli həlli üçün ATƏT-ə üzv ölkələrin, xüsusən də ABŞ, Rusiya və həmçinin ATƏT-lə bərabər Avropa Birliyinin də aparıcı dövlətlərinin birmənalı mövqe ortaya qoyması tələb olunur. Lakin istər Ermənistan-Azərbaycan, istər Gürcüstan münaqişələrinə qeyri-adekvat yanaşma bu münaqişələrdə maraqlı olan dövlətlərə əlavə kart-blanş verir, paralel olaraq Ermənistan kimi təcavüzkarın daha da şirniklənməsinə təkan verir. İrəvanın ciddi şəkildə sığındığı Rusiya isə ATƏT-in səbatsızlığından yararlanaraq quruma nəzarət imkanlarını ələ keçirir. Başqa sözlə desək, ATƏT Rusiyanın həlledici qərarlarından asılı bir təşkilata çevrilir. Hərçənd, Astanada çıxış edən Rusiya prezidenti Dmitri Medvedev qurumun səmərəliliyini artırmaq üçün dəqiq hüquqi baza yaradılmasına ehtiyac olduğunu bəyan edib. Kreml münaqişələrin həllində də yaxından iştirak etməyə hazır olduğunu vurğulayır.Analitiklər qeyd edirlər ki, 11 ildən sonra bir araya gələn və 7-ci dəfə toplaşan ATƏT üzvləri regional münaqişələri həll etmədən təşkilatın gələcəyinin olmayacağını başa düşməlidir. ATƏT 1975-ci ildə yaradılarkən məhz dövlətlərin ərazi bütövlüyü prinsipini əsas götürmüş və Avropada təhlükəsizliyə təminat verəcəyini bəyan etmişdi. Lakin dünya reallıqlarına adekvat reaksiyanın verilməməsi, bu və ya digər dövlətlərin geosiyasi maraqları ATƏT-i NATO-nun kölgəsində qoydu. Məhz Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq qurumun imicinin möhkəmlənməsinə gətirib çıxara bilərdi. İndiki reallıq bu məsələdə ciddi uğur əldə edildiyini söyləməyə imkan vermir. Sammitdə çıxış edən Türkiyə prezidenti Abdullah Gül də Dağlıq Qarabağ probleminin ərazi bütövlüyü prinsipi çərçivəsində həllinin vacibliyini və ATƏT-in bu məsələdə öz sözünü deməli olduğunu bildirib.Sammit iştirakçıları ciddi beynəlxalq mövzulara və planetin gələcəyi üçün həyati əhəmiyyət kəsb edən problemlərə toxunsalar da, sonda zirvə görüşünün yekun bəyannaməsini qəbul etməkdə çətinlik çəkiblər. Bu da qlobal məsələlərə baxışda nəzərə çarpacaq ziddiyyətlərin mövcudluğundan xəbər verir. Amma hər halda yekun sənəd qəbul edilib və bu da zirvə görüşünün gözə dəyən yeganə uğuru olub. “Təhlükəsizlik cəmiyyətinə doğru” adlanan bəyannamədə ölkələr BMT Xartiyası, Helsinki Yekun Aktı, Paris xartiyası, Avropada Təhlükəsizlik xartiyası və digər ATƏT sənədlərindən başlanğıcını götürən bütün norma, prinsip və öhdəliklərə tərəfdar olduqlarını təsdiq ediblər. Mütəxəssislər bildirirlər ki, bu sənəd təşkilata yeni nəfəs verəcək, onu fəaliyyət üçün zəruri alətlərlə təmin edəcək, münaqişələrin həlli üzərində işin, transmilli cinayətkarlıq, iqtisadi və ekoloci problemlərlə mübarizənin gücləndirilməsinə əsas yaradacaq. Bəyannamədə həmçinin bildirilir ki, ATƏT-in mövcud münaqişələrin sülh yolu ilə danışıqlar əsasında müəyyən edilmiş formatlarla, BMT Xartiyası, həmçinin Helsinki Yekun Aktında əks olunmuş norma və prinsiplərə tam hörmət etməklə həlli üzrə səyləri artırması vacibdir. Bununla da yeni böhranların qarşısı alınmalıdır. Qurum BMT Xartiyası və Helsinki Yekun Aktının 10 prinsipi əsasında istənilən şəkildə güc istifadəsi hədəsindən qaçınmağı öhdəsinə götürür. Ancaq gücün tətbiq edilməməsi üçün dondurulmuş münaqişələrin həllində ədalətli prinsiplər, beynəlxalq hüquq normaları əsas götürülməlidir. Hələ ki, ATƏT üzvlərinin irəli sürdüyü mexanizm münaqişə zonalarında hərbi əməliyyatların bərpa olunmayacağına ümid vermir. Bu gediş isə faktiki, dəyişən dünya düzəninə adaptasiya edə bilməyən ATƏT-in sonu ola bilər.
“1-ci kanal”ın Analitik Qrupu
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran NPT-dən çıxmağa hazırlaşır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub