SON XƏBƏRLƏR

Rusiyanın cənubunda qanlı bazar

2021.10.20, 07:36
Rusiyanın cənubunda qanlı bazar

Gunaz.tv

GünAzTv: Avqustun 29-da Çeçenistanda növbəti terror hadisəsi baş verib. Çeçenistan prezidenti Ramzan Kadırovun doğma kəndi Çentoroya silahlı hücum olub. Atışma nəticəsində 19 nəfər ölüb.

 

Kadırovun sözçüsü Ülvi Kərimov bildirib ki, ölənlərdən 12 nəfəri kəndə hücum edən terrorçulardır. Qalan 7 nəfərdən 2-si təhlükəsizlik əməkdaşı, 5-i isə mülki şəxsdir.

 

“Anadolu” agentliyinin yaydığı məlumata görə, hücumla əlaqədar Kadırovun özü də Çentoroy kəndinə gedib.

 

Xatırladaq ki, bir gün əvvəl də Çeçenistanda terror hadisəsi baş vermişdi və bu zaman 16 nəfər həyatını itirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar