SON XƏBƏRLƏR

Rəsmi İrəvan Dağlıq Qarabağı Azərbaycan torpağı olduğunu etiraf edib - FOTOFAKT

2021.10.20, 07:36
Rəsmi İrəvan Dağlıq Qarabağı Azərbaycan torpağı olduğunu etiraf edib - FOTOFAKT

Gunaz.tv

GünAzTv: Ermənistan Xarici İşlər Nazirliyi (XİN) işğal altında olan Dağlıq Qarabağın Azərbaycan ərazisi oluğunu etiraf etməyə məcbur olub.

GünAzTv mətbuat mərkəzinin SİA-ya istinadən yaydığı məlumata görə, bunu təsdiq edən fakt isə ondan ibarətdir ki, rəsmi İrəvanın mövqeyini ortaya qoyan XİN-in rəsmi saytında yerləşdirilən xəritələrdən birində işğal altında olan Azərbaycan torpaqları - Dağlıq Qarabağ və ona bitişik 7 rayon Azərbaycan sərhədləri çərçivəsində göstərilib.

XİN-in bu etirafı Ermənistan KİV-ində birmənalı qrşılanmayıb. Belə ki, ilk sərt təpki Azərbaycana qarşı yalan məlumatlar yaymaqla məşğul olan “Armenia Today” saytından gəlib. Saytda verilən xəbərdə Ermənistan XİN-in əməlli-başlı dərsi verilib. Məqalədə deyilir: “Bu hadisəni təəssüf hissi ilə qarşılayırıq. Bildiyiniz kimi, artıq uzun müddətdir ki, erməni cəmiyyətində “Dağlıq Qarabağ respublikası”nın Ermənistan tərəfindən tanınması ilə bağlı çağırışlar səsləndirilir. Bu addımın tərəfdarları fikirlərini Ermənistanın Qarabağın mövcudluğunu tanımadığı halda, dünyanın onu tanımasına nail olmağın mümkün olmayacağı ilə əsaslandırırlar. Bəlli olur ki, Ermənistan hakimiyyəti Dağlıq Qarabağı nəinki hüquqi cəhətdən tanımır, hətta onu faktiki olaraq Azərbaycan Respublikasının ərazisi hesab edir. Söhbətin nədən getdiyini tam olaraq anlamaq üçün, təkcə Ermənistan XİN-in rəsmi saytına daxil olmaq lazımdır. Burada yerləşdirilən xəritələrdən birində Qarabağ Azərbaycanın tərkibində göstərilib”.

Məqalədə yazılan xəbərə görə, Ermənistanın bir çox nazirliklərində göstərilən xəritələrdə “Dağlıq Qarabağ” ərazisi qara zolaqlara ifadə olunub: “Lakin XİN-in belə bir coğrafi xəritəni bütün dünyaya yayması dövlətin siyasi vəziyyətinin hansı səviyyədə olmasına tam aydınlıq gətirir. Burda söhbət hansı təbliğatdan gedə bilər?”.

 

Qeyd edək ki, xəritəyə baxmaq üçün bu linkə - "http://www.armeniaforeignministry.com/arm/index.html" və oradan isə “Geography” bölməsinə daxil olmaq lazımdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar