SON XƏBƏRLƏR

İran Urmu Gölü kimi Xəzəri də qurudacaq

2021.10.20, 07:36
İran Urmu Gölü kimi Xəzəri də qurudacaq

Gunaz.tv

GünAzTv: Rusiya və İran hələ bir müddət öncə Xəzərdən körfəzə kanal çəkmək ideyasını irəli sürmüşdülər. Özlərini Xəzərin yiyəsi kimi aparan Moskva və Tehran o zaman həmin fikirdən tez daşındı.

Tehran hakimiyyəti bu su hövzəsindən ölkənin Semnan əyalətinin Damqan rayonuna su çəkmək niyyətindədir. Məsələnin araşdırılması ilə bağlı mərkəz də yaradılıb. Bu məqsədlə İranın Kənd Təsərrüfatı Nazirliyinin təmsilçiləri bölgədə olub. Bu barədə Lent.az  İran KİV-nə istinadən məlumat yayıb.Mərkəzin açılışı mərasimində kənd təsərrüfatı nazirinin müavini ilə yanaşı, əyalətin icra başçısı, məclisin Damqandan olan üzvü və hökumətin başqa təmsilçiləri də iştirak edib. Həmin qurumun qarşısında duran əsas vəzifə Xəzərdən ildə 2 milyard kub metr suyun İranın mərkəzi bölgəsinə, özəlliklə Simnan əyalətinə çatdırılmasıdır. Xəzərdən gətiriləcək su ilə hakimiyyət ölkənin bu bölgəsində su çatışmazlığını həll etməyi planlaşdırır. Bu məqsədlə İran prezidenti Mahmud Əhmədinejat Simnanın su ilə təchiz olunması üçün ölkənin energetika nazirinə birbaşa tapşırıq verib. Xəzərdən çəkiləcək kanal suyu əvvəlcə Damqana, oradan isə Şahrud və Simnan əyalətlərinin şəhərləri arasında paylanacaq.Xatırladaq ki, Tehran hakimiyyətinin “su təchizatı” siyasəti ucbatından Güney Azərbaycanın Urmiya şəhəri yaxınlığındakı eyni adlı göl qurumaq üzrədir. Xəzərin təbiətinin qorunmasına dair beynəlxalq qanuna əsasən, bu sayaq məsələlər Xəzəryanı dövlətlərlə də müzakirə edilməlidir. Əks halda Tehran Xəzəri də Urmiya gölü kimi qurudacaq…

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar