SON XƏBƏRLƏR

Barak Obama: İraqda müharibə qurtarır

2021.10.20, 07:36
Barak Obama: İraqda müharibə qurtarır

Gunaz.tv

GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama İraqı suveren, müstəqil ölkə elan edib. 2011-ci ilin sonunadək isə bütün ABŞ əsgərləri evlərinə dönəcək.

 “Associated Press” agentliyinin verdiyi məlumata görə, Obamanın video müraciəti Ağ Evin rəsmi bloqunda yerləşdirilib. Həmin videoda Barak Obama “Müharibə qurtarır” deyə çıxış edib.

Prezident bildirib ki, Amerika administrasiyasına rəhbərlik etdiyi gündən İraqdan 90 mindən çox hərbçi çıxarılıb. Prezident bir daha söz verib ki, 2011-ci ilin sonunadək bütün ABŞ əsgərləri evlərinə dönəcək: “Prezidentliyə namizədliyimi verəndə, İraqdakı müharibəni bitəcəyimə dair söz vermişdim. Prezident olduqdan sonra bu vədi yerinə yetirirəm”.

Qeyd edək ki, ABŞ prezidenti avqustun 31-də televiziya ilə amerikalılara müraciət etmək və İraqda müharibənin bitdiyini elan etmək niyyətindədir.

Amerika ordusu artıq hərbi əməliyyatlarda iştirakı dayandırıb. Avqustun 19-da ABŞ əsgərləri İraqda sonuncu dəfə belə bir əməliyyatda iştirak ediblər. İraqda 50 min ABŞ əsgəri qalıb. Onların vəzifəsi İraq hərbçilərini yetişdirmək və dövlət əhəmiyyətli binaları mühafizə etməkdən ibarətdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar