SON XƏBƏRLƏR

Müsabiqə “Traxtur” komandasının qələbəsi ilə yekunlaşdı

2021.10.20, 07:36
Müsabiqə “Traxtur” komandasının qələbəsi ilə yekunlaşdı

Gunaz.tv

GünAzTv: Tehranın Azadi stadyomunda (stadion) Təbrizin “Traxtur” komandası ilə Tehranın “İstil azin” taxımı arasında keçirilən müsabiqə milli komandamızın qələbəsi ilə yekunlaşdı.

 

Qeyd etdiyimiz müsabiqədə Milli komandamız “Traxtur” tərəfindən 1 qol vuruldu. Bununlada yarış (1 – 0) nəticəsi ilə “Traxtur”un xeyirinə başa çatdı.

 

Bu müsabiqədə 10000 nəfər “Traxtur” tərəfdarının iştirak etdiyi təxmin edilir. Onlar müsabiqənin başlanmasına bir neçə saat qalmış stadyomun ətrafında hazır olublar.

 

Tehrandakı yerli soydaşlarımız və Güney Azərbaycanın müxtəlif bölgələrindən gələn komanda tərəfdarlarının bir sırası stadyoma buraxılmayıb. Onlar “Traxtur”un Loqosu və bəzi yazılı şüarları daşıdıqları üçün salona buraxılmayıblar.

 

Müsabiqə ərəfəsində soydaşlarımız tərəfindən milli məzmunlu şüarlar səsləndirilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar