SON XƏBƏRLƏR

Türk ordusunun yeni Baş Qərargah rəisindən Azərbaycana dəstək

2021.10.20, 07:36
Türk ordusunun yeni Baş Qərargah rəisindən Azərbaycana dəstək

Gunaz.tv

GünAzTv: Ötən gün rəsmi olaraq vəzfəsinin icrasına başlayan Türkiyənin yeni baş qərargah rəisi Ordu Generalı İşıq Koşaner Azərbaycana dəstək məsajı verib.

 “Cənubi Qafqazda ABŞ (Amerika Birləşmiş Ştatları) və NATO-nun təsir sahələrini böyütmə səylərinə görə, Rusiyanın narahat olması bölgədə yeni bir böhranın meydana çıxmasına səbəb ola bilər”. Bunu ötən gün rəsmi olaraq vəzfəsinin icrasına başlayan Türkiyənin yeni baş qərargah rəisi Ordu Generalı İşıq Koşaner deyib.

Koşaner Rusiya ilə Gürcüstan arasında baş vermiş münaqişənin, Qaradənizin və Montre boğazlar müqaviləsinin əhəmiyyətini bir daha göstərdiyini deyib. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması çərçivəsində atılan addımların indilik nəticə vermədiyini bildirən General İşıq Koşaner prosesin davam etdiyini, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin bölqədə sülh və sabitliyin təmini baxımından əhəmiyyətli olduğunu deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar