SON XƏBƏRLƏR

İran prezidentinin müavini uydurma "erməni soyqırımı"nı tanıdı

2021.10.20, 07:36
İran prezidentinin müavini uydurma "erməni soyqırımı"nı tanıdı

Gunaz.tv

GünAzTv: Həmid Bəqai hesab edir ki, Türkiyə rəsmən Ermənistandan üzr istəməlidir.

“100 il bundan öncə, 1915-ci ildə Osmanlı imperiyası ermənilərə qarşı soyqırım törədib. Hazırda Osmanlı imperiyasının mövcud olmamasına baxmayaraq, Ermənistan hökuməti Türkiyədən törətdiyi əmələ görə rəsmi üzr istəməsini və kompensasiya ödəməsini tələb edir”. Bu bəyanatla İran İslam Respublikasının vitse-prezidenti, turizm və tarixi abidələrin müdafiəsi idarəsinin, azad iqtisadi zona mərkəzinin sədri Həmid Bəqai “İran: Qələbə körpüsü” adlı konfransda çıxış edib (Armtoday). Məsələnin aktuallığını vurğulamaq istəyən H.Bəqai 1915-ci il hadisələrini misal gətirib. Qondarma soyqırımın hələ də aktual olduğunu və unudulmadığını qeyd edən İran rəsmisi misal olaraq Amerikanın İkinci dünya müharibəsində Yaponiyanı bombalamasını və bunun əvəzində Yaponiyanın Birləşmiş Ştatlardan kompensasiya tələb etməsini, eyni ilə Polşanın da analoji hadisə ilə bağlı Rusiyaya kompensasiya iddiası irəli sürdüyünü deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar