SON XƏBƏRLƏR

Anti-Azərbaycan müqaviləsi Vaşinqtonu narahat etmədi

2021.10.20, 07:36
Anti-Azərbaycan müqaviləsi Vaşinqtonu narahat etmədi

Gunaz.tv

GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları) Dövlət Departamenti bildirib ki,  Ermənistan-Rusiya müqaviləsi iki ölkəyə aid məsələdir.

 

ABŞ (Amerika Birləşmiş Ştatları) Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner jurnalistlərin bu mövzuda sualını cavablandıraraq bildirib ki, bu məsələnin yalnız Rusiya və Ermənistana aidiyyəti var: “Əlbəttə ki, ABŞ-la Ermənistanı möhkəm tərəfdaşlıq münasibətləri birləşdirir və biz bu münasibətlərin davam edəcəyinə çox ümid bəsləyirik. Rusiya isə Minsk Qrupunun üzvü qismində konstruktiv rol oynayır”. 

 

Xatırladaq ki, avqustun 20-də Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci Rusiya hərbi bazasının dislokasiya müddətinin 2044-cü ilə qədər uzadılması haqqında protokol imzalanıb. Protokola əsasən Ermənistanın sərhədlərinin təhlükəsizliyini təmin etməyi də Rusiya öz üzərinə götürür. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar