SON XƏBƏRLƏR

Türkmənistanda Türkmənbaşının heykəli aradan qaldırılır

2021.10.20, 07:36
Türkmənistanda Türkmənbaşının heykəli aradan qaldırılır

Gunaz.tv

GünAzTv: Qurbanqulu Berdiməhəmmədov 2007-ci ildə hakimiyyətə gələndən bəri cənab Niyazovun irsinə tədricən son qoyur.

Türkmənistanda ölkənin keçmiş diktatorunun şəxsiyyətinin məhşur simvolu olan fırlanan qızıl heykəli söküblər.  İşçilər iki gün öncə Saparmurad Niyazovun heykəlini paytaxt Aşqabadda Bitərəflik Tağı zirvəsindən götürüblər. Heykəl fırlanaraq həmişə üzü günəşə idi və ağ daşlarla örtülmüş üçayaq üzərində 70 metr hündürlükdə dayanırdı.  İşçilər dünən üçayağı sökməyə başlayıblar. Abidə cənab Niyazovun Türkmənistanı iyirmi il ərzində rəhbərlik etdiyi dövrdə özü üçün inşa etdiyi bir neçə abidələrdən biri idi. O 2006-cı ildə vəfat etmişdir.

 

Cənab Niyazov bütün türkmənlərin oxuması tələb olunan Ruhnamə adlı kitab da yazmışdır. Onun davamçısı prezident Qurbanqulu Berdiməhəmmədov 2007-ci ildə hakimiyyətə gələndən bəri cənab Niyazovun irsini tədricən aradan qaldırır. Cənab Berdiməhəmmədov ölkədə azadlqılara yol açağına söz verib.  Lakin tənqidçilər deyirlər ki, onun islahatları yalnız kosmetik xarakter daşıyır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar