SON XƏBƏRLƏR

Əlyar Səfərlinin "Bölünmüş Azərbaycan, böyük elçinin düşüncələri" adlı kitabı çapdan çıxıb

2021.10.20, 07:36
Əlyar Səfərlinin "Bölünmüş Azərbaycan, böyük elçinin düşüncələri" adlı kitabı çapdan çıxıb

Gunaz.tv

GünAzTv: Azərbaycanın İrandakı sabiq səfiri, Milli Elmlər Akademiyasının müxbir üzvü Əlyar Səfərlinin yeni kitabı nəşr olunub. 

 "Bölünmüş Azərbaycan, böyük elçinin düşüncələri" kitabı Bakıda, "Ozan" nəşriyyatında nəfis tərtibatda çapdan çıxıb. Kitabda ömrünü Azərbaycanın tarixi sərhədlər çərçivəsində bütövləşməsi uğrunda mübarizəyə həsr etmiş tanınmış ziyalının İranda səfir işlədiyi dövrdə Güney Azərbaycanda gördüyü işlər, apardığı söhbətlərlə bağlı materiallar, son illər Güney Azərbaycanla bağlı Azərbaycan mətbuatında çap olunmuş məqalələri toplanıb. Məqalələrində Əlyar Səfərli İranda hakim molla rejiminin, panfarsist siyasi elitanın Güney Azərbaycan türklərinə qarşı apardığı siyasətin mürtəce mahiyyətini açır, haqqı tapdanan 35 milyonluq azərbaycanlı toplumunun qurtuluş yolları göstərir. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar